Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər dənizində suyun səviyyəsi azalıb

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu­nun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov Xəzər dənizində suyun səviyyəsinin düşməsi barədə açıqlama verib.

Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, alimin sözlərinə görə, son 5 ildə Xəzər dənizinin aşağı enməsi pro­sesi daha da intensivləşib. Bu, iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.

Relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2–4 metr çəkilibsə, Nabranda bu məsafə 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir. Neftçala sahillərindən tut­muş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron­dan Muxtadır qəsəbəsinədək olan sahələrdə çəkilmə özünü daha çox büruzə verir.

Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çox az daxil olub. Onsuz da az yağıntılı Xəzər regio­nunda yağışların miqdarının daha da azal­ması dənizi səviyyəsinin aşağı düşməsinə səbəb olub.

M.İsmayılov qeyd edib ki, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha çox büruzə verəcək.

“Xalq qəzeti”

25 Yanvar 2021 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə