Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın dayanıqlı iqtisadiyyatı Qarabağın inkişafına töhfə verəcək

1982-ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi uzaqgörən siyasət məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Molla Pənah Vaqifin türbəsinin açılışı ilə bütün mədəniyyət və ədəbiyyat xadimləri ilə yanaşı, yaradıcı insanların da bir araya gəlməsini təmin etmişdi. 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunması, eləcə də bu ilin ilk səfərini Şuşaya etməsi, habelə yenidən Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin gətirilərək əvvəlki yerlərinə qoyulması Şuşanın tarixi simasının bərpa olunması ulu öndər tərəfindən mədəniyyət tariximizin inkişa­fına göstərilən böyük diqqət və qayğının davamıdır.

Prezident İlham Əliyevin söylədiyi kimi, bu il Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalının və böyük tədbirlərin keçirilməsi ilə bağlı işlərin planlaşdırılması artıq Qarabağın həm də iqtisadi dirçəlişinin başlanmasıdır. Təsadüfi deyil ki, dövlət başçımızın regionlara səfəri çərçivəsində məhz Şuşanın ardınca Cənubi Qafqazın ən böyük sənaye şəhərlərindən olan Sumqayıta səfəri Azərbaycanın dayanıqlı iqtisadiyyatının inkişafı, habelə daxili tələbatın tam ödənilməsi istiqamətində vacib hesab olunan faktları ortaya qoyur.

İşğaldan azad olunmuş torpaqlarımızın öz tarixi simasını bərpa etməsi dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının da bu bölgəyə olan marağını artıracaq. Xüsusilə İSESCO tərəfindən İslam dünyasının mədəni mərkəzinə çevrilməsi təklifi ona, eyni zamanda, müasir sima da qazandıracaq. Bu günədək Azərbaycanda multikultural dəyərlərə əsaslanan dünya forumlarının və musiqi festivallarının məhz Qarabağda təşkilinin planlaşdırılması “Qarabağ Azərbaycandır!” şüarının bir daha dünyaya çatdırılmasında əsaslı fəaliyyət olacaqdır.

Bu baxımdan, ölkə başçısı İlham Əliyevin Azərbaycan iqtisadiyyatının idarə olunmasında yeni zavodların, müəssisələrin açılmasında iştirakı sosial, iqtisadi və mədəni sahələrdə də dayanıqlı iqtisadi gücün olacağına əminlik yaradır.

Vurğulamaq yerinə düşər ki, 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunmuşdur. Azərbaycanın da BMT-nin nümunəvi üzv dövləti olaraq bu təşəbbüsə qoşulması işğaldan azad olunmuş ərazilərdə ardıcıl iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyəti daha da gücləndirəcəkdir.

Beləliklə, mədəni-ictimai və davamlı iqtisadiyyat qarşılıqlı formada bundan sonra da Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə uğurla nail olmasında mühüm rol oynayacaqdır.

Məzahir ƏFƏNDIYEV,Milli Məclisinin deputatı

25 Yanvar 2021 23:30 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə