Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MEDİA silsilə təbirlərinə ADA Universiteti ilə başlayıb

Bu ay dövlətimizin başçısının fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) 2021-ci il üçün nəzərdə tutduğu silsilə tədbirlərin həyata keçirilməsini ADA Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlarla başlayıb.

ADA-dan AZƏRTAC-a bildirilib ki, universitetin İxtisasartırma Proqramı­nın mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak edirlər. Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommu­nikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurul­masıdır.

Seminarda ADA Universitetinin media sahəsi üzrə yerli və xarici tədqiqatçıları ilə yanaşı, biznes sekto­runun mütəxəssisləri və ölkənin mul­timedia platformasının aparıcı üzvləri ilə panel müzakirələr təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Ha­cıyev seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış edib. İnteraktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kom­munikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiya­lar”, “Böhran vəziyyətlərində kommuni­kasiyanın qurulması” kimi mövzularda fikir mübadiləsinə qoşularaq, müasir media mühitindəki çağırışlara yeni həll yolları axtarıblar. Seminar digər mühazirəçilərin çıxışları ilə sabah da davam etdiriləcək.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikası Pre­zidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quru­culuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologi­yalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.

25 Yanvar 2021 23:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə