Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində partlayışın baş verməsi barədə məlumat yayıb

Yanvarın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, dərhal əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.

FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

25 Yanvar 2021 20:54 -
2 Mart 2021 | 02:05
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə