Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qəbələ” qələbə qazanaraq Azərbaycan kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıb

Yanvarın 25-də futbol üzrə Azərbaycan kuboku turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində “Qəbələ” klubu səfərdə Tovuzun “Turan” komandasının qonağı olub.

"Xalq qəzeti" xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəliblər. “Qəbələ”nin qollarını Stefan Vukçeviç (32) və Ceyms Adeniyi (45+2) vurublar.

Qeyd edək ki, ölkə kubokunun səkkizdəbir final mərhələsinin birinci oyununda “Səbail” öz meydanında “Zaqatala”nı məğlub edib. Bu mərhələnin digər oyununda hazırda “Qaradağ Lökbatan” – “Zirə” ilə qarşılaşır. Səkkizdəbir final mərhələsinə bu gün “Sabah” – “Kəpəz” oyunu ilə yekun vurulacaq.

25 Yanvar 2021 17:02 - İDMAN
İDMAN
28 Fevral 2021 | 01:11
Messi rəqiblərini qabaqlayır

Köhnə versiyamızdan xəbərləri izlə