Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərzaq satışı obyektlərində monitorinqlər davam edir

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ərzaq satışı obyektlərində monitorinqlər davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 22-də ölkə ərazisində fəaliyyət göstərən 69 ərzaq satışı obyektində monitorinqlər aparılıb.

Monitorinqlər zamanı 56 ərzaq satışı müəssisəsində ümumilikdə 93 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

25 Yanvar 2021 16:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə