Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gözdən əlillərinin “Zülmətdən gələn işıq” adlı ilk himni yaradılıb

Dünyada gözdən əlillərinin ilk himni Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin  və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin  birgə layihəsi, “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyinin dəstəyi ilə ilk dəfə Azərbaycanda yazılıb və bugünlərdə ifa olunub. “Zülmətdən gələn işıq” adlı nəğmənin bu mətni Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü,  şair-tərcüməçi Giya Paçxataşviliyə, müsiqisi isə bəstəkar İqbal Ağayevə məxsusdur.

Bu barədə “Xalq qəzeti”nə məlumat verən Xatirə Mikayılqızı   bildirdi ki, Azərbaycanda doğulub-böyümüş, tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin özü də gözdən əlil olduğundan görmə qüsuru olan insanların himnini yaratmaq barədə çoxdan düşünürdü. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Reyhan Cəfərovanın bu ideyanı dəstəkləməsi və Giya Paçxataşvilinin bəstəkar İqbal Ağayevlə birgə əməkdaşlığı nəticəsində, layihə reallaşıb.

 “Zülmətdən gələn işıq” adlı himn bugünlərdə müğənni Kənan Qədimovun solo ifasında Azərbaycan Televiziyası və Radsiosu Xor Kollektivinin müşayiəti ilə ilk dəfə səsləndirilib. İnanırıq ki, gözdən əlil insanların ilk dəfə ölkəmizdə ərsəyə gəlmiş himni xeyirxah insanların dəstəyi ilə tezliklə  videoklip halına salınaraq dünyaya yayılacaq.

 Xatırladaq ki, rəssam Sehran Allahverdi gözdən əlil insanların ilk himninə eyniadlı “Zülmətdən gələn işıq” illüstrasiyası çəkib.  

 Tahir AYDINOĞLU, “Xalq qəzeti”

                          

 

25 Yanvar 2021 13:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə