Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə sevinir

İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib.

"Xalq qəzeti" xəbər verir ki, bu sözləri Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə deyib. O bildirib ki, Qarabağın azad edilməsi minlərlə insanın öz doğma el-obasına qayıtmasını təmin edəcək.

Nazir nəzərə çatdırıb ki, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcək. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq.

24 Yanvar 2021 23:20 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə