Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarılan ən təhlükəli narkobaron tutuldu

Dünyanın ən çox axtarılan cinayətkarlarından biri sayılan, “Asiyalı El-Çapo” ləqəbli Çe Çi Lop Niderlandda həbs olunub.
"Xalq qəzeti"  “Reuters”ə istinadən xəbər verir ki, Çin mənşəli Kanada vətəndaşı olan narkobaron Amsterdam hava limanında Avstraliya hökumətinin sorğusu əsasında həbs olunub. Hazırda Niderland hüquq-mühafizə orqanları onun Avstraliyaya ekstradisiyası üçün danışıqlar aparırlar.
Qeyd edək ki, 57 yaşlı Çe Çi Lopun rəhbərlik etdiyi narkokartelin illik dövriyyəsi 70 milyard dollar civarında qiymətləndirilir. Asiyanın qadağan olunmuş narkotik maddələr bazarının 70%-i məhz onun nəzarəti altındadır.
Çin mafiyası ilə sıx bağlı olan narkotacirin həbsi üçün məhkəmə əmri 2019-cu ildə verilib. Onun axtarışı 20 ölkənin hüquq-mühafizə orqanları tərəfindən aparılıb.

24 Yanvar 2021 20:25 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə