Ən son xəbərlər
2020-ci ilin ən məhsuldar smartfonlarının adları açıqlanıb. Reytinq siyahısı yalnız Çin istehsalı olan smartfonları əhatə edib. Belə ki, ilk onluqda xarici istehsallı smartfonun olmamasını nəzərə alaraq test Çində buraxılan qabaqcıl qurğular arasında aparılıb.
Çin qurğuları arasında ən məhsuldar smartfon ölkə hüdudlarından kənarda “Xiaomi Mi 10 Ultra” adı ilə buraxılan və 202,72 bal qazanan “Xiaomi Mi 10 Extreme Commemorative Edition” seçilib. İkinci və üçüncü mövqelərdə müvafiq olaraq “Redmi K30 Ultra” və “Oppo Find X2 Pro” qərarlaşıb. İlk onluğa, həmçinin “Nubia Red Magic 5S”, “Oppo Ace2”, “Huawei Mate 40 Pro”, “Nubia Red Magic 5G”, “Honor 30 Pro ”, “Huawei P40 Pro ” və “iQOO Neo3” modelləri daxil olub.
Xəbəri “Master Lu” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə