Ən son xəbərlər
Miçiqan ştatında satılmış Mega Millions lotereya bileti oyunun tarixində ikinci ən böyük uduş – bir milyard dollar həcmində cekpotu udulub. “Bir milyard nominalında cekpot biletin Miçiqandakı xoşbəxt sahibinə gedir. Bu, yanvarın 22-də bütün altı nömrənin (4, 26, 42, 50 və 60 nömrəli ağ şar, həmçinin 24 nömrəli qızıl “meqa-şar”) düşdüyü yeganə biletdir”, – lotereyanın saytında belə deyilir.
Qeyd edilir ki, oynanılan cekpot Mega Millions lotereyasının 2018-ci ildəki rekordunu qıra bilməyib. O vaxt Cənubi Karolinada satılmış bilet 1,5 milyard həcmində prizi udmuşdu. Həmin biletin sahibi olan qadın adının gizli saxlanmasını istəmişdi.
Xəbəri CNN yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə