Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Yanvarın 24-ü

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutu­lacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasın­da gecə 1-3°, gündüz 6-8° isti olacaq. Atmos­fer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, bəzi yerlərdə 15-18° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo­calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy ra­yonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi Havanın temperaturunun gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-14° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır. Yolların buz bağlayacağı gözlənilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonların­da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 4-8° isti olacağı bildirilir. Gecə yolların buz bağlayacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayon­larında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 3-8°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir. Gecə və səhər yolların buz bağlayacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmur­suz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 7-10° isti olacağı gözlənilir. Gecə yolların buz bağlayacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, As­tara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-5° isti olacağı ehtimalı var.

 

24 Yanvar 2021 00:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə