Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 705 nəfər müalicə olunaraq sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 688 nəfərin korona­virus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 724 nəfər müalicə olunaraq sağalıb, 3072 nəfər vəfat edib. Aktiv xəstə sayı 5892 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 354 min 473 test aparılıb. Dünənki test sayı isə 6522-dir.

“Xalq qəzeti”

24 Yanvar 2021 00:07 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə