Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST “Pfizer” şirkəti ilə müqavilə imzaladı

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus “Pfizer” şirkəti ilə müqavilə imzaladıqlarını açıqlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Tedros Adhanom Qebreyesus açıqlamasında bildirib ki, Ümumdün­ya Səhiyyə Təşkilatı (ÜST) dünyanın yoxsul və orta gəlirli ölkələrində korona­virusa qarşı vaksinasiya kampaniyasına start vermək üçün “Pfizer” şirkəti ilə 40 milyon doza peyvəndin alınması barədə razılaşma əldə edib.

Məlumatda qeyd edilir ki, beynəlxalq təşkilat vaksinasiya kampaniyasına dünyanın yoxsul ölkələrini peyvənd dozaları ilə təmin etməyi hədəfləyən COVAX təşəbbüsü çərçivəsində fevral ayında başlayacaq. Təşkilat koronavirus əleyhinə peyvəndin tətbiqində zəngin və yoxsul ölkələr arasında uçurumun yaranmasını yenidən sərt tənqid edib. Dünyanın 49 zəngin ölkəsində indiyədək 39 milyon peyvənd dozası tətbiq edildiyi halda, yoxsul ölkələrdə vuru­lan peyvəndlərin sayı cəmi 25 dozaya bərabərdir.

ÜST-ün rəhbəri Cenevrədə keçirilən brifinqdə bildirib ki, “Pfizer”lə bağlanmış müqavilə səhiyyə işçilərinin vaksinasiya­sı üçün istifadə ediləcək.

"Pfizer" İdarə Heyətinin baş icraçı direktoru Albert Burla bildirib ki, bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb. O, həmçinin açıqlamasın­da 40 milyon peyvənd dozasının qeyri-mənfəət bazası əsasında satılacağını elan edib. O, bu razılaşmanı ilkin addım kimi dəyərləndirib və gələcəkdə COVAX proqramı vasitəsilə daha çox dozasının satıla biləcəyini qeyd edib. Baş direktor qeyd edib ki, bundan əlavə, 150 milyon doza AstraZeneca/Oxford peyvəndinin çatdırılması gözlənilir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

24 Yanvar 2021 19:06 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə
25 Fevral 2021 | 04:07
Yeni baş məşqçi

Köhnə versiyamızdan xəbərləri izlə