Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tesla” mühəndisi kommersiya sirrini oğurlamaqda günahlandırır

Elektrik avtomobilləri istehsalçı şirkəti “Tesla”, keçmiş işçisini məxfi məlumatları oğurlamaqda günahlandırıb. Bu barədə Kaliforniyanın Şimali Bölgəsi Federal Məhkəməsinin elektron məlumat bazasına istinadən “CNBC” xəbər yayıb.

Xəbərdə açıqlanır ki, proqram mühəndisi Aleks Xatilova qarşı kommer­siya sirrinin oğurlanması və müqavilənin şərtlərinin pozulması ittihamları irəli sürülüb. İddia sənədində proqram mühəndisinin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. Mütəxəssisin guya Aleks Tilov və Sabir Xatilov adları ilə də tanındığı iddia edilir. O, Kaliforniya­nın San Bruno şəhərində yaşayır.

İddiada bildirilir ki, 2020-ci il dekabr ayının sonunda işə qəbul edilən mühəndis artıq işin üçüncü günündə “Python” proqramlaşdırma dilində yazılmış sənədləri və ssenariləri bulud saxlan­cı “Dropbox”da oğurlama­ğa başlayıb. Ümumilikdə, Xatilov 26 min fayl oğurlayıb. “Tesla”da göstərildiyi kimi, bu məlumatlar rəqiblərə "Tesla”nın hansı sistemləri avtomatlaşdırmada vacib və dəyərli hesab etdiyini" aydın­laşdıra bilər. Şirkət, həmçinin təhlükəsizlik xidməti onunla işləməyə başladığı zaman onun sübutları silməklə izləri örtməyə çalışmaqda da gü­nahlandırır.

Proqramçı özü sənədlərin səhvən “buluda” düşdüyü­nü söyləyib. Xatilov “New York Post” qəzetinə verdiyi müsahibədə, kompüterindəki qovluğun ehtiyat nüsxəsini yaratdığını və səhvən “bulud” saxlancında yerləşdirdiyini söyləyib.

Digər tərəfdən, “Tesla” onun yüklədiyi skriptlərin Xatilovun vəzifəsilə heç bir əlaqəsi olmadığını israr edir. Xatilov yanvarın əvvəlində işdən çıxarılıb.

Qeyd edək ki, bu, “Tesla” şirkətinin keçmiş işçilərini kommersiya sirlərinin oğur­luğunda məhkəməyə verdiyi və ya ittiham etdiyi ilk hadisə deyil.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

24 Yanvar 2021 19:05 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır
28 Fevral 2021 | 01:08
210 milyon avro uduş
28 Fevral 2021 | 01:02
BMT rəsmisinin açıqlaması
28 Fevral 2021 | 01:01
Orduya yeni raketlər verilir

Köhnə versiyamızdan xəbərləri izlə