Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti və Kanadanın Baş naziri arasında telefon danışığı

ABŞ Prezidenti Co Bayden və Kanadanın Baş naziri Castin Trüdo arasında telefon danışığı olub. Tərəflər gələn ay görüşmək barədə razılığa gəliblər. Məlumatı “İnterfaks.ru” verib.

Bununla bağlı yayılmış məlumatda bildirilir: “Dövlət başçıları əsasən peyvəndləmə sahəsində əməkdaşlıq barədə danışıb, iki ölkənin tibb işçilər və vacib dərmanların mübadiləsi üzrə səylərinin möhkəmləndiyini təsdiq ediblər”.

Bayden və Trüdo müdafiə, Arktika və energe­tika sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı da razılıq əldə ediblər. Hər iki liderin fikrincə, ölkələrin xarici işlər və müdafiə nazirləri ilk imkandaca görüşməlidirlər.

Məlumatda qeyd edilir: “Ka­nadanın Baş naziri Birləşmiş Ştatların Keystone XL” boru kəməri ilə bağlı qərarından təəccübləndiyini bəyan edib”. Xatırladaq ki, Bayden bir sıra sahələrlə yanaşı, Kanadanın Alberta əyalətindən Meksika körfəzi yaxınlığındakı nefta­yırma zavoduna neft kəməri çəkilişinin dayandırılması haqqında da fərman imzalayıb. Layihənin icrası 2015-ci ildə ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən dayandırıl­mış, Donald Trampın dövründə isə bərpa edilmişdi.

ABŞ Prezidenti Kanadadan başqa gələn həftə Vaşinqtonla müttəfiq olan digər dövlətlərin liderləri ilə də telefon söhbəti aparmağı planlaşdırır. Bu barədə Ağ evin mətbuat ka­tibi jurnalistlər üçün brifinqdə bəyan edib.

O deyib: “Mən gözləyirəm ki, Prezident Bayden gələn həftə xarici ölkə liderləri ilə bir sıra telefon danışıqları aparacaq”.

Danışıqlar ilk növbədə Birləmiş Ştatların müttəfiqi və tərəfdaşı olan ölkələrin liderləri ilə baş tutacaq. Bunların arasında Avropa ölkələri də olacaq.

Mətbuat katibinin sözlərinə görə, hələ ki, Prezident Bay­denin xarici ölkələrə səfərləri planlaşdırılmır.

Qeyd edək ki, yanvarın 20-də ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin andiçmə mərasimi keçirilib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

24 Yanvar 2021 19:03 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır
28 Fevral 2021 | 01:08
210 milyon avro uduş
28 Fevral 2021 | 01:02
BMT rəsmisinin açıqlaması
28 Fevral 2021 | 01:01
Orduya yeni raketlər verilir

Köhnə versiyamızdan xəbərləri izlə