Ən son xəbərlər
Gəncə
Gəncədə yeni növ koronavirusa qarşı peyvəndləmə prossesinə başlanılıb. İlkin olaraq tibb işçilərinin vaksinasiyası həyata keçirilir.
Şəhər icra hakimiyyətindən verilən məlumata görə bu prosesi həyata keçirmək üçün 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Mərkəzi Klinik Xəstəxananın Gəncə filialında xüsusi tibb məntəqələri yaradılıb. Gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansı bir problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da təşkil olunub. Otaqların hamısı zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.
Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək tibb məntəqələrində quraşdırılan soyuducularda saxlanılır.
Goranboy
Goranboy rayon Mərkəzi Xəstəxanasında əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Hazırda rayonda strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunur.
Gədəbəy
Gədəbəy Rayon Mərkəzi xəstəxanasında əhalinin peyvənd olunması işlərinə başlanılıb. Bu mühüm tədbirlə bağlı xəstəxana binasında xüsusi vaksin otaqları, həmçinin peyvəndlərin yüksək səviyyədə aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Vaksinasiya Strategiyası”na uyğun olaraq birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanlarının müəyyən kateqoriyadan olan əməkdaşları peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.Hazırda rayonda strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunur.
Qeyd edək ki, növbəti mərhələdə risk qrupuna aid olan vətəndaşlar vaksinasiyaya cəlb ediləcəklər.
Tovuz
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində 2021-ci ilin yanvar ayının 21-də Tovuz Diaqnostika və Hemodializ Mərkəzində əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Hazırda rayonda strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunur.
Qazax
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax Rayon Mərkəzi Xəstəxanasında da əhalinin COVID-19-a qarşı vaksinasiya prosesi aparılır.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə mərkəzi xəstəxanada olub, vaksinasiya prosesinin mövcud vəziyyəti və yaradılan şəraitlə maraqlanıb.
Rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Sevda Məmmədova rayonda vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul, qeydiyyat xüsusi peyvənd, nəzarət, təcili tibbi yardım otaqlarıının ayrıldığını qeyd edib. TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradıldığı da diqqətə çatdırılıb.
Baş həkim hazırda rayonda vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçilərinin peyvənd olunduğunu söyləyib. Daha sonra isə yaşı 50–dən yuxarı olan rayon sakinlərinin könüllülük əsasında peyvəndlənəcəklərini bildirib.
Mövcud vəziyyətlə tanış olan rayon rəhbəri işlərin yüksək səviyyədə həyata keçirilməsini, bunun üçün bütün lazımi tədbirlərin görülməsini qeyd edərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə