Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vəzifəli şəxs barədə cinayət işi başlanıb

Pandemiya dövründə COVID-19 virusunun yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların aradan qaldırılması və bu kimi əhalinin sağlamlığının qorunmasına yönəlmiş effektiv dövlət siyasətinə yol verdikləri korrupsiya hüquqpozmaları ilə ziyan vuran vəzifəli şəxslərin ifşa olunma­sı istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İn­tiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materi­allar əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İnti­qam Abuşovun rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə COVID-19 pandemiyası ilə əlaqədar əlavə hesablanan əməkhaqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun tabeliyində işləyən bir neçə işçi ilə qanunsuz olaraq əvvəlcədən razılaşaraq, onlara məxsus əməkhaqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyənləşdirilib.

Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkarlanması, cinayətlərin törədilməsində hər hansı for­mada iştirak etmiş digər şəxslərin və vurulmuş ziyanın tam həcminin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İstintaqın nəticəsindən asılı olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət veriləcək.

24 Yanvar 2021 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə