Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlar­dan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sa­bir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Büro­sunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə postmonitorinq dialoqu, COVID-19 vaksi­ninin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrı-seçkilik və digər mövzu­larda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatla­rı gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

24 Yanvar 2021 18:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə