Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsi şəhidlərindən 2783 şəhidin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kom­munikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.

Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.

Aparılmış sosial ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallar­da onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.

24 Yanvar 2021 18:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Mart 2021 | 20:13
Qobustanda zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə