Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq

Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq-qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxarıla biləcək məhsullara da diqqət yetirilməlidir.

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 104-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının ye­kunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda iclası zamanı söylədiyi nitqindən götürülüb.

AZƏRTAC xəbər verir ki, çoxcild­liyin növbəti kitabındakı materiallar 2020-ci ilin iyun-iyul aylarını əhatə edir.

Yeni kitabda Prezident İlham Əliyevin Dövlət Təhlükəsizlik Şurası­nın iclasında Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət haq­qında çıxışının mətni, Ermənistanın təxribatları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün müxtəlif ölkələrin başçılarına, habelə İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbərlərinə ünvanlandığı məktublar yer alıb.

Nəşrdə Prezident İlham Əliyevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Po­lolikaşvili, Əfqanıstan İslam Res­publikasının Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə video­konfrans formatında, BMT-nin Baş katibi Antonio Quterreş, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev ilə telefonla görüşlərinə dair materiallar toplanıb.

Oxucular Prezident İlham Əliyevin Gəncə şəhərinə və Samux rayonuna, Mingəçevirə səfərləri, istehsalat müəssisələrinin, xəstəxanaların və digər infrastruktur obyektlərinin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.

Kitaba Azərbaycan Prezidentinin Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin ko­ronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli hospi­talının açılışında iştirakı haqqında informasiya, Azərbaycan Televiziya­sına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsinin, habelə Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunma­sı mərasimində çıxışının, ölkədə su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirədə nitqinin mətnləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 104-cü kitabının hazırlan­masında Azərbaycan Dövlət İnforma­siya Agentliyinin (AZƏRTAC) materi­allarından istifadə olunub.

24 Yanvar 2021 18:33 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə