Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Eldar Quliyevə

Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoq­rafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır.

Ən xoş arzularla,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2021-ci il

24 Yanvar 2021 18:04 - MƏKTUBLAR
MƏKTUBLAR
24 Yanvar 2021 | 18:04
Xalq artisti Eldar Quliyevə
23 Yanvar 2021 | 21:20
Xalq artisti Eldar Quliyevə

Köhnə versiyamızdan xəbərləri izlə