Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Komsomolskaya pravda” qəzeti: SSRİ-i rəhbərliyi Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinə və möhkəm iradəsinə paxıllıq edirdi

Bu Rusiyada çıxan “Komsomolskaya pravda” qəzetində “Azərbaycan Ümumxalq Hüzn gününü qeyd edir” sərlövhəli məqalədə qeyd olunub.

"Xalq qəzeti" xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə buraxılmış məqalə 1990-cı il Qara Yanvar hadisələrinə həsr edilib. Məqalədə qeyd edilir ki, 1990-cı il 20 yanvar günü Azərbaycan xalqının tarixinə ölkəmizin azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi düşüb. 31 il əvvəl o faciəli gecədə Azərbaycanın şanlı övladları ölkənin və xalqın azadlıq, şərəf və ləyaqətini hər şeydən uca tutaraq Vətən uğrunda canlarından keçdilər.

Məqalədə vurğulanır: “Faciəli 20 Yanvar hadisələrindən sonrakı gün ümummilli lider Heydər Əliyev öz ailə üzvlərinin müşayiəti ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada mətbuat konfransı keçirdi. O, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz aktını kəskin şəkildə pisləyərək bildirdi ki, bu, dəhşətli cinayət və dinc əhaliyə divan tutmaqdır.

SSRİ-nin ovaxtkı rəhbərliyi uzun illər boyu Azərbaycana rəhbərlik etmiş, yüksək vəzifələr tutmuş Heydər Əliyevin zəngin idarəçilik təcrübəsinə və möhkəm iradəsinə paxıllıq edərək onu pensiyaya göndərmişdi.

Heydər Əliyev həmin çıxışında siyasi baxımdan savadsız bir insanın Azərbaycana rəhbər kimi təyin edilməsinə görə SSRİ rəhbərliyini ittiham edib vurğulamışdı ki, məhz bunun nəticəsində hakimiyyət xalqın etimadını itirdi, bu da 20 yanvar faciəsinə gətirib çıxardı”.

Materialda xüsusi qeyd edilir ki, artıq 2020-ci ildə Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən Müharibəsində qalib gələrək ölkənin ərazi bütövlüyünü bərpa edəndə xalqın azadlıq haqqında arzusu həyata keçdi.

24 Yanvar 2021 17:27 - SİYASƏT
SİYASƏT
27 Fevral 2021 | 09:36
Şamaxıda Xocalı konfransı

Köhnə versiyamızdan xəbərləri izlə