Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 568 nəfər müalicə olunaraq sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min 292 nəfər müalicə olunaraq sağalıb, 3082 nəfər vəfat edib. Aktiv xəstə sayı 5601 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 361 min 552 test aparılıb. Bugünkü test sayı isə 7079-dur.

24 Yanvar 2021 16:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Mart 2021 | 20:13
Qobustanda zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə