Ən son xəbərlər
Fransada hökumətə qarşı növbəti etiraz aksiyası keçirilib.
"Xalq qəzeti" Fransa mətbuatına istinadən xəbər verir ki, Aksiya iştirakçıları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə və pandemiya dövründə yaranmış işsizliyə qarşı etiraz səslərini ucaldıblar.
Minlərlə etirazçı parlamentdən Fransa Sahibkarlar Təşkilatının binasına qədər yürüş edib. Aksiya iştirakçıları ölkə Prezidenti Emmanuel Makron və hökumət əleyhinə şüarlar səsləndirib.
Qeyd edək ki, Ümumi İş Konfederasiyası və “Sarı jiletlilər”in dəstəklədiyi aksiyada Məğrur Fransa Partiyasının lideri Jan Lyuk Melanşon da iştirak edib.
Köhnə versiyamızdan xəbərləri izlə