Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Tibb Akademiyası: nəqliyyatda tibbi maska ​​taxma tələbinə mobil telefon istifadəsi və danışma qadağaları əlavə edilməlidir

Fransada koronavirusun yayılma riskini azaltmaq üçün sakinlərdən ictimai nəqliyyatda səyahət edərkən danışmamaları və mobil telefonlardan istifadə etməmələri istənilib.
"Xalq qəzeti" xəbər verir ki, müvafiq tövsiyələr Fransa Tibb Akademiyasının veb saytında yerləşdirilib.
Mətndə qeyd olunur ki, nəqliyyatda tibbi maska ​​taxma tələbi ilə yanaşı, mobil telefon istifadəsi və danışma qadağaları əlavə edilməlidir.
Akademiyanın mütəxəssisləri həmçinin yalnız cərrahi maskalar taxmağa çağıran ölkənin Səhiyyə naziri Olivye Veranın sözləri ilə razılaşmayıblar. Həkimlərin fikrincə, bu çağırışın heç bir elmi əsası yoxdur.

24 Yanvar 2021 11:30 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə