Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin “A Haber” telekanalı ASALA erməni terror təşkilatının törətdiyi terror aktlarından reportaj yayıb

Türkiyənin nüfuzlu “A Haber” telekanalı ASALA erməni terror təşkilatı ilə bağlı xüsusi reportaj yayıb.

"Xalq qəzeti" xəbər verir ki, reportajda Türkiyə dövlətini və xalqını hədəf alan erməni terror təşkilatlarının çoxistiqamətli fəaliyyətinin səbəb və məqsədləri tamaşaçılara çatdırılıb. Qeyd olunub ki, erməni terror təşkilatları 1973-cü ildən 1986-cı ilədək 34-ü diplomat olmaqla, 58 türkü amansızcasına qətlə yetiriblər. Çox sayda yaralanan və dağıntılar olub. Təəssüf ki, bu terror aktlarını törədən ermənilərin bir qismi tutulmayıb, bir qismi sonradan müxtəlif bəhanələrlə bəraət alıb. Ermənistan dövləti isə terrorçu erməniləri qəhrəmanlaşdıraraq öz xalqına örnək göstərib.

Reportajda erməni terrorizminin dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.

24 Yanvar 2021 10:28 - SİYASƏT
SİYASƏT
28 Fevral 2021 | 02:12
Qələm dostumuzun xatirəsinə
28 Fevral 2021 | 01:22
Sərsəm xülyaların iflası

Köhnə versiyamızdan xəbərləri izlə