Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nigeriyalı dəniz quldurları Türkiyə gəmisinə basqın edib, 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb

Türkiyəyə məxsus "Mozart" adlı gəmi Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb.

"Xalq qəzeti" Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.

Gəmidə olan 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

İnsident San-Tome şəhərindən 98 dəniz mili (181 kilometr) məsafədə baş verib. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub. Hücum edənlərin sayı isə məlum deyil.

24 Yanvar 2021 09:33 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə