Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi, bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.

Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.

23 Yanvar 2021 19:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə