Ən son xəbərlər
Bu gündən fevralın 22-dək Azərbaycanda onlayn formatda Böyük Britaniya Film Festivalı keçirilir.
Tədbir Mədəniyyət Nazirliyi, "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə baş tutub.
Festival altıncı dəfə olmaqla "CoolConnections" incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcək.
Bütün filmlər Azərbaycan dilində alt yazıların müşayiəti ilə ingilis dilində nümayiş etdiriləcək.
Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat bu gündən başlayayıb. Hər bir film izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə fevralın 22-dək istənilən vaxtda nümayişə açıq olacaq.
Bu il 16 film: “Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi, mükafata layiq görülmüş 7 qısametrajlı film nümayiş etdiriləcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə