Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli 1395 nömrəli, “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli 1011 nömrəli, “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli 1077 nömrəli, “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 3 iyun tarixli 1255 nömrəli, “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” 2016-cı il 13 iyun tarixli 2115 nömrəli, “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli, “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli Sərəncamının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 283, № 6, maddə 511; 2007, № 5, maddə 517; 2009, № 2, maddə 74; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477, № 12, maddə 1638; 2016, № 8, maddə 1384; 2020, № 8, maddə 923) 2.3.5-ci yarımbəndi ləğv edilsin.

2. “Neftçala Sənaye Məhəlləsinin yara­dılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 144; 2016, № 8, maddə 1384; 2019, № 5, maddə 911) 3-cü hissəsində “təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisi­ya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 208; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnki­şafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;

3.2. 4.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.

4. “Qaradağ Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 717; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnki­şafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;

4.2. 5.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.

5. “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2016-cı il 13 iyun tarixli 2115 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1118; 2019, № 5, maddə 911) 2.2-ci bəndində “idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnves­tisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri “fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Res­publikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “Pirallahı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1531) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnki­şafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;

6.2. 5.2-ci bənddə “Cəmiyyətə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.

7. “Hacıqabul Sənaye Məhəlləsinin yara­dılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1462; 2019, № 5, maddə 911) 2.2-ci bəndində “təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisi­ya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Res­publikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.

8. “Sabirabad Sənaye Məhəlləsinin yara­dılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2116; 2019, № 5, maddə 911) 2.2-ci bəndində “təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “təşkili, onun idarə olunması və in­kişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazir­liyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 yanvar 2021-ci il

23 Yanvar 2021 02:36 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə