Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, nazir Zakir Həsənov azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin va­cibliyi vurğulanıb. Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olu­nan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sa­yının artırılmasının zəruriliyini xüsusi vurğulayıb.

Öz növbəsində diplomat Vətən müharibəsində qaza­nılan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan–Böyük Bri­taniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad olunmuş ərazilərin minalar­dan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana kömək göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq do­ğuran bir sıra digər məsələlər müzakirə olunub.

23 Yanvar 2021 02:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə