Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürmüşdür

Bugünlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarı ilə Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 min manat məbləğində vəsait köçürülmüşdür.

Konfederasiyanın mətbuat xidmətindən redaksiyamıza verilən məlumatda bildirilir ki, AHİK və onun üzv təşkilarları, ümumilikdə, pandemiya və Vətən müharibəsi dövründə müxtəlif təyinatlı yardım və xeyriyyə tədbirlərinə 10 milyon manatadək vəsait xərcləmişdir. Bunun 6 milyon manat­dan artığı AHİK-in və onun üzv təşkilatlarının pandemiya dövründə aztəminatlı təbəqələri və epidemiya ilə mübarizə qurumlarını əhatə edən tədbirləri gerçəkləşdirməsinə, maddi və ərzaq yardımlarına sərf olunmuşdur. Həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavi­rusla Mübarizə Fonduna 459 min manat vəsait köçürmüşlər.

Vətən müharibəsi dövründə isə AHİK və onun üzv təşkilatları ordumuza, döyüşçü və şəhid ailələrinə dəstək tədbirlərinə 3 milyon 424 min manat xərcləmişdir. O cümlədən, AHİK Silahlı Qüvvələrə Yardım Fondunun hesa­bına 350 min manat köçürmüş, sahə həmkarlar ittifaqları isə döyüşçü və şəhid ailələrinə 1,4 milyin manatlığdək maddi yardım göstərmiş və orduya yardım fonduna 1 milyon ma­natdan artıq vəsait ayırmışdır.

Bunlardan əlavə, AHİK aztəminatlı və digər həssas ka­teqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürmüşdür.

R.TAHİR, “Xalq qəzeti”

23 Yanvar 2021 01:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə