Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasın­dan 632 nəfər müalicə olunaraq sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 526 nəfərin koronavi­rus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 19 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Aktiv xəstə sayı 6443 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 347 min 951 test aparılıb. Dünənki test sayı isə 6144-dür.

“Xalq qəzeti”

23 Yanvar 2021 00:55 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə