Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bill Qeyts koronavirus əleyhinə peyvənd olundu

Microsoft şirkətinin banilərindən biri Bill Qeyts koronavirus əleyhinə peyvənd edilib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə şirkət rəhbəri özünün tvitter səhifəsində paylaşım edib.

"Üstünlüklərdən biri budur ki, 65 yaşım var, COVID-19-a qarşı vaksin hüququna malikəm. Bu həftə birinci dozanı aldım və özümü əla hiss edirəm. Bütün alimlərə, sınaqların iştirakçılarına, nizamlayıcı idarələrə və öndə olan həkimlərə, hansılar ki, bizi bu ana gətirib çıxardılar – təşəkkürlər", - B.Qeyts Tvitterdə yazıb.

Birinci dozanı aldığını qeyd edən milyarder COVID-19 əleyhinə hazırlanan vaksinin yaradıcılarına təşəkkür edib.

 

Tərlan SÜLEYMANOV

"Xalq qəzeti"

23 Yanvar 2021 08:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Mart 2021 | 01:44
“F-22 Raptor” birincidir
2 Mart 2021 | 02:15
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə