Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs optik kağızların satın alınması məqsədilə komissiyası AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən he­saba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu portal vasitəsi ilə əldə edə bilərlər.

Təşkilat- Azərbaycan Respublika­sının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

VÖEN- 1304673921

Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/19

VÖEN(bank)- 9900006111

Kod- 507699

SWIFT- AZRTAZ22

M/h- AZ­02NABZ01350100000000022944

H/h- AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri portal vasitəsi ilə təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-tex­niki bazası haqqında yazılı məlumat;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaq­la) və iş qrafikini 15 fevral 2021-ci il saat 11.00- a, tender təklifi və bank təminatını isə 23 fevral 2021-ci il saat 9.00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmaya­caqdır.

Təkliflər 24 fevral 2021-ci il saat 11.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələrini portal vasitəsi ilə izləyə bilərlər.

Tender təkliflərini qiymətləndirib müqayisə edərkən əsas şərtlər topI­usunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mal­lar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlərin tərtibi Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs- İlham Əliyev, telefon- 502-47-53/56/58, daxili 144.

Faks: 465-87-96, 502-47-22

E-mail: [email protected]

Ünvan- AZ1138, Bakı şəhəri, Yasa­mal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

23 Yanvar 2021 01:16 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Mart 2021 | 01:25
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə