Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST havanın ekoloji çirklənməsi ilə bağlı xəbərdarlıq edib

Son illər dünyada havanın ekoloji çirklənmə səviyyəsinin həddən artıq artması minlərlə flora və fauna növünün məhvinə səbəb olur. Bəs insan həyatına necə? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tövsiyə edirlər ki, əgər dünyada havanın çirklənməsinin qarşısı uyğun şəkildə aşağı salınarsa, hər il Avropada orta hesabla 50 min erkən ölüm halının qarşısını almaq mümkün olar.

“Lancet Planetary Health“ elmi nəşrində dərc olunan məqalədə qeyd edilir ki, Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçıları Avropanın minə yaxın şəhərində havanın ekoloji çirklənmə dərəcəsini ölçdükdən sonra bu qənaətə gəliblər.

Müşahidələr zamanı alimlər ÜST-ün kriteriya­larını əsas götürüblər və havadakı PM2,5 kateqo­riyasına daxil olan çirkli hava hissəciklərinin, eləcə də havadakı azot oksidinin (NO2) miqdarını araşdırıb­lar. ÜST-ün açıqlamasına görə, hər il dünyada yeddi milyondan çox insan hava çirklənməsinin səbəb olduğu xəstəliklərdən (qan-damar sistemi və nəfəs yolla­rı xəstəlikləri) dünyasını dəyişir. Beynəlxalq qurum havanın təmizliyi üçün sərhəd dəyərlər kimi orta illik göstəricidə PM2,5 kateqori­yalı çirkli hava partikllərinin bir kubmetrdə on mikroqram və azot oksidinin həcmini isə bir kubmetrdə 40 mikroqram olaraq müəyyən edib.

Yeri gəlmişkən, tədqiqatlar zamanı Avropa şəhərlərinin 84 faizində havadakı çirkli partikllərin səviyyəsinin ÜST-ün tövsiyə etdiyi sərhəd göstəricidən yuxarı olduğu müəyyən edi­lib. Azot oksidinin miqdarı isə şəhərlərin 9 faizində norma­dan yuxarı olub.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

23 Yanvar 2021 01:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Mart 2021 | 02:15
Yeni rekord
2 Mart 2021 | 02:12
Tim Kukun açıqlaması
2 Mart 2021 | 02:05
Hibrid raket hazırlanır
28 Fevral 2021 | 01:10
“Kingswood House” satılır

Köhnə versiyamızdan xəbərləri izlə