Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərzaq satışı obyektlərində monitorinqlər davam edir

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Xalq qəzeti" nə verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 15-dən 21-dək ölkə ərazisində fəaliyyət göstərən 316 ərzaq satışı obyektində monitorinqlər aparılıb.

Monitorinq keçirilən 249 ərzaq satışı müəssisəsində ümumilikdə 429 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, eyni zamanda, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

22 Yanvar 2021 17:24 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə