Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmtahanlarda istifadə edilən qiymətləndirmə tapşırıqları ilə bağlı hazırlıq kursları keçiriləcək

Yanvarın 23-24-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, riyaziyyat, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kursları təşkil olunacaq.

DİM-dən "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən həyata keçiriləcək.

Kurslarda Bakı, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan və Lənkərandan Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

22 Yanvar 2021 16:59 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə