Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib. Həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir.

Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlə təminatı da davam edir.

Son bir ay müddətində 7 hərbçi yüksək texnologiyalı 9 müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır.

22 Yanvar 2021 16:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
2 Mart 2021 | 15:42
Xəzərdə zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə