Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu yolun yenidən qurulması yekunlaşıb

7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşıb.

 Avtomobil Yolları Dövlət Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçirilib. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək, avtobus dayanacaqları quraşdırılıb.

Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması beş min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb. 

22 Yanvar 2021 15:37 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
2 Mart 2021 | 15:42
Xəzərdə zəlzələ olub

Köhnə versiyamızdan xəbərləri izlə