Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad olunmuş ərazilərin təbiətinin bərpasına nazirlik üzvləri cəlb olunacaq

İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin, ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsi, bərpa planlarının dəqiqləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərimizdə təbiətə qarşı ekoloji cinayətlərin həyata keçirilməsi, təbii sərvətlərə vurulmuş ziyanın hesablanması, mövcud yataqların istismar vəziyyətinin qiymətləndirilməsi və bərpası istiqamətində görüləcək işlərə Şura üzvlərinin cəlb olunacağı vurğulanıb.

Qarabağ bölgəsinin zəngin və füsunkar təbiətinin yenidən bərpası məsələlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub.

22 Yanvar 2021 14:50 - EKOLOGİYA
EKOLOGİYA
2 Mart 2021 | 19:18
Mart ayının hava proqnozu
15 Fevral 2021 | 18:02
Sabaha olan hava PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə