Ən son xəbərlər
“ Bəzən sual verirlər ki, tədris niyə həftədə 3 dəfə olur? Ümumdünya Səhiyyə Təşkilatının pandemiya dövründə virusdan qorunmaq üçün əsas tövsiyyələrindən biri insanlar arasındakı məsafənin 1 metr olmasıdır. Məktəblərdə buna görə 1 partada 2 nəfər otura bilmir. Bu da istər siniflərin ölçüsü baxımından, istər məktəblərin ölçüsü baxımından , istər müəllimlərin sayı, partaların sayı baxımından, digər texniki maddi baza baxımından siniflər bölünürsə, artıq həmin siniflərdə dərs keçmək fiziki cəhətdən mümkün olmur”.
"Xalq qəzeti" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.
Tərlan SÜLEYMANOV
"Xalq qəzeti"
Köhnə versiyamızdan xəbərləri izlə