Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri: Təhsil müəssisələrində tədrisin mərhələli şəkildə bərpa olunması nəzərdə tutulub

“Fevralın 1-dən bütün ölkə ərazisində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır”.
"Xalq qəzeti"  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, təhsil müəssisələrində tədrisin mərhələli şəkildə bərpa olunması nəzərdə tutulub.
 Fevral ayının 1-dən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərlərində, Abşeron və digər rayonlarda həftədə üç dəfə əyani təhsilə cəlb ediləcəklər. 

 

Tərlan SÜLEYMANOV

"Xalq qəzeti"

 

22 Yanvar 2021 12:27 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə