Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində 2 mindən çox namizəd uğur qazanıb

Ötən il dekabrın 14-24-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin iştirakçılarına dair statistik təhlil aparılıb.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, təhlil zamanı onlayn müsahibə mərhələsində iştirak edən və uğur qazanan namizədlər müxtəlif aspektlərdən araşdırılıb. Namizədlərin yaşa, cinsə görə bölgüsü aparılıb, imtahan nəticəsi və müsahibədəki performansı müqayisə olunub, həmçinin tədris bölməsi, bal ortalaması və digər statistik nəticələri qeyd olunub.

Onlayn müsahibələrdə ümumilikdə 2 min 197 namizəd iştirak edib, onlardan 2 min 61 nəfəri uğur qazanıb.

22 Yanvar 2021 11:17 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə