Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynada matəm elan edilib

 Xarkov şəhərində qocalar evində yanğından sonra Ukraynada matəm elan edilib.

"Xalq qəzeti" Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 9 nəfər yaralanıb.

 Məlumatda ikimərtəbəli yaşayış evindəki pansionatın qanunsuz fəaliyyət göstərdiyi qeyd edilib.

Fakta bağlı cinayət işi başladılıb, araşdırma üçün komissiya yaradılıb.

İlkin məlumatlara görə, hadisəyə nasaz qaz avadanlığı səbəb ola bilər.

Bina sahibinin qanunsuz fəaliyyət göstərən bir neçə oxşar qocalar evinin olduğu istisna edilmir.

22 Yanvar 2021 09:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Fevral 2021 | 02:58
Çində yoxsulluğa son qoyuldu
26 Fevral 2021 | 00:48
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə