Ən son xəbərlər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə layihəsi olan “Media sektoru” radio verilişinə start veriləcək.
AİJF-dən "Xalq qəzeti"nə verilən məlumata görə, akademiyanın “ASAPES GOLD” radiosunun proqramında yer alacaq verilişin gündəmi idman jurnalistikası olacaq.
Fevralın 2-dən etibarən, hər həftə iki idman jurnalistinin qonaq olacağı verilişdə, əsasən, idman mediasının problemləri, uğurları, bu sahədəki yeniliklər və digər məsələlər müzakirə ediləcək.
Köhnə versiyamızdan xəbərləri izlə