Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 10 Bakı şəhəri, 19 yanvar 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pro­kurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanun-vericilik Toplusu, 2011, № 7, maddə 741; 2019, № 4, maddə 776) ilə təsdiq edilmiş “Prokurorluq orqanla­rında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşa­yan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissəyə “prokurorluq işçilərinə” sözlərindən sonra “və onların ailə üzvlərinə” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. İşçiyə onun hər bir ailə üzvünə görə bu Qaydanın 2-ci hissəsində göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.”.

3. 3.2-ci bəndə “ərazidə onun” sözlərindən sonra “və yetkinlik yaşına çatmış ailə üzvlərinin” sözləri əlavə edilsin.

4. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

“3.5. prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti.”.

5. Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. Prokurorluq işçisinin ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kom­pensasiyasının verilməsi ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə