Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC daxili vəsaiti hesabına xüsusi çəkmələrin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalın­dan tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu (son 3(üç) il üzrə oxşar mal-materialların təchizatı və həcmi üzrə icra edilmiş müqavilələr və keyfiyyət uyğunluğuna aid göstəricilər (keyfiyyət zəmanəti, mənşə sertifikatı və digər standartlar barədə təsdiqedici sənədlər).

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.

İştirak haqqı 300 manatdır.

Təşkilat- “Azərsu” ASC

VÖEN- 9900001751

Bank- “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı

Kod- 200112

VÖEN- 9900003611

M/h- AZ37NABZ 0135010000000001944

S.W. İ. F. T. BIK: AİİBAZ2X

H/h- AZ65AİİB 33070019441100216111

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 75 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü­vafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları (İSO, QOST, EN).

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 fevral 2021-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 22 fevral 2021-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 23 fevral 2021-ci il saat 18.00-da dövlət satınalmalarının vahid internet porta­lında həyata keçiriləcəkdir.

22 Yanvar 2021 03:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Mart 2021 | 01:25
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə