Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ASC istilik şəbəkələrində qəza, təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. İstilik şəbəkələrində qəza, təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satın alınması.

Tender iştirakçıları dövlət satınalmalarının https:/www.etender.gov.az vahid internet portalına (portal) elektron im­zaları vasitəsi ilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analo­ji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstün­lük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

H/h- AZ62Aİ­İB33010019442200226122

VÖEN- 1700531291

“Kapital Bank”ın Qaradağ filialı

Kod- 200220

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944

SWİFT- AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldı­ğı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublika­sında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hü­quqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanu­nuna uyğun keçiriləcəkdir. İddia­çılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə işti­rak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 fev­ral 2021-ci il saat 12.00-a , ten­der təklifi və bank təminatını isə 19 fevral 2021-ci il saat 12.00 -a qədər portal vasitəsi ilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22 fev­ral 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, ten­derin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparı­lır.

Tender komissiyası

22 Yanvar 2021 03:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Mart 2021 | 01:25
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə